XƏBƏRLƏR

ACE Group Consultants 26-cı Beynəlxalq "Xəzər Neft-Qaz Sərgisi"ndə iştirak edib.

MAY 29, 2019

2019-cu ilin 29 may tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri - 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi başlamışdır.

2019-cu il Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisəsi olan - “Əsrin Müqaviləsi” iyirmi beş illiyini qeyd edir. İlk “Caspian Oil and Gas” sərgisi 1994-cü ildə, Azərbaycan neft sənayesinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında yeni dövrün başlandığını bildirən “Əsrin Müqaviləsi”nin elə həmin ilin sentyabr ayında imzalanması ərəfəsində baş tutub. O vaxt Ümummilli Lider  Heydər Əliyev  Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanır.

Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxildir.

Sərgidə ABŞ-ı, Almaniyanı, Böyük Britaniyanı, Fransanı, İtaliyanı, MDB ölkələrini, Türkiyəni və digər ölkələri təmsil edən 250-dən artıq şirkətin iştirak edir. Bu şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edəcəklər. İlk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırılacaq.

"ACE Group Consultants" şirkətidə Beynəlxalq "Xəzər Neft-Qaz Sərgisi"ndə fəal iştirak etmişdir. Bu iştirak çərçivəsində neft və qaz sənayesini təmsil edən potensial müştərilərə ACE-in xidmətləri barədə təqdimat keçriilmiş, Azərbaycan,Türkiyə, Qazaxıstan, Birləşmiş Krallıq, Rusiya, Özbəkistan və s. ölkələrin biznes sferasından yeni tanışlıqlar əldə edilmişdir.