XƏBƏRLƏR

ACE Group Consultants “Şəffaf Vergi Ödəyicisi” sertifikatı ilə təltif olunub

MART 01, 2017

Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısı açıqlanıb. Vergilər Nazirliyinin rəsmi internet saytının - www.taxes.gov.az “Yaşıl dəhliz” bölməsində  şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısı yerləşdirilib.

Cari ilin əvvəlindən etibarən vergi orqanlarına partnyor ödəyici statusunun alınması üçün müraciət edən və ya təsdiq edilmiş qaydalarda göstərilən meyarlara uyğun olduğu müəyyən edilən 454 (o cümlədən, Bakı şəhəri üzrə 200) vergi ödəyicisinə “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildirişlər təqdim olunub.

ACE Group Consultants “Şəffaf Vergi Ödəyicisi” sertifikatı ilə təltif olunub

Xatırladırıq ki, vergi ödəyicisi “Partnyor vergi ödəyicisi statusu”na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar. Partnyor ödəyicilərə, ərazi məhdudiyyəti nəzərə alınmadan, “Yaşıl dəhliz prinsipi” əsasında xidmət göstərilir. Burada, bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də təqdim edilir. Belə xidmətlərə videobağlantılar, Çağrı və xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir.