XƏBƏRLƏR

Enerji səmərəliliyi və bərpa olunan enerji ilə bağlı kreditləşmə layihəsi

FEVRAL 20, 2017

Qlobal İqlim Tərəfdaşlığı Fondu, SICAV-SIF maliyyə dəstəyi ilə “Azərbaycanda Turan Banka enerji səmərəliliyi və bərpa olunan enerji ilə bağlı kreditləşmənin gücləndirilməsində dəstək” layihəsi həyata keçirilib. 

Layihənin məqsədi Qlobal İqlim Tərəfdaşlığı Fondunun (QİTF) maliyyələşmə xəttini kreditləşdirməsi üçün bankın hazırlanması və imkan yaradılması, Bankın öz mövqeyini tutması və icra prosesində istiqamətləndirilməsi üçün dayanıqlı yaşıl maliyyələşdirmə strategiyasının işlənib hazırlanması, İnnovativ və fərdi enerji səmərəliliyi (ES)/bərpa olunan enerji (BOE) məhsullarının hazırlanması və tətbiqinə, habelə sonda QİTF maliyyələşdirmə xətti üçün kanalın yaradılmasına dəstək, Bank əməkdaşlarına ES/BOE kreditləşmə imkanlarını, bazar məhsullarını müəyyən etmək, yararlılığı qiymətləndirmək və onların QİTF sub-layihələri kimi məruzə edilməsi üçün zəruri məlumatları toplamaq istiqamətində təlim keçirilməsindən ibarətdir.

Bu məqsədlərə nail olmaq üçün ACE Group Consultants Bazar potensialının təhlili ilə bağlı nəticələrin ümumiləşdirildiyi qısa slayd toplusunu, nümunəvi enerji auditlərinin nəticələrinə dair hesabatı, Enerji Səmərəliyə dair  kreditləşmə strategiyasını təqdim edəcək, bundan əəlavə İcra planı hazırlayacaq,  təlim və marketinq materialları ilə təchiz edəcək.

Bu layihənin həyata keçirilməsində ACE Group Consultants tərəfdaşı Almaniyanın "GFA Consulting Group GMBH" şirkətidir.