I komponent - 23 noyabr 2011-ci il tarixdə SOSİAL MÜDAFİƏNİN İNKİŞAF LAYİHƏSİ çərçivəsində əmək bazarında islahatla bağlı ACE ekspertlərinin nəzərdən keçirilməsi və şərh edilməsi üçün aşağıdakı qanun layihələrini Azərbaycan və ingilis dillərində hazırlayaraq təqdim etmişdir.
Azərbaycanda Sosial Müdafiənin İnkişafı Layihəsinin məqsədi gücləndirilmiş institutlar, artırılmış institusional və insan resursları bacarıqları, habelə sosial təhlükəsizlik şəbəkəsi proqramlarının təkmilləşdirilmiş hədəfləri vasitəsilə əmək bazarı və sosial müdafiə müdaxilələrinin həyata keçirilməsinin yaxşılaşdırılmasıdır. İlkin məqəd əmək bazarında islahatlardır. Bu, əmək bazarı institutlarını, strategiya və proqramlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməyə, əmək bazarı və məşğulluq siyasətinin formalaşması və tətbiqi üçün bacarıqları gücləndirməyə imkan verəcəkdir.