Elektroenergetika sahəsində islahatlarla bağlı mühüm işlərdən biri bu sahədə liberal bazar münasibətlərinin formalaşdırılmasıdır. Liberal bazar modelinə mərhələli keçidlə bağlı müvafiq tədbirlər keçirilir, bunlar ilk növbədə, elektrik enerjisi istehsalının iqtisadi optimallaşdırılması, tariflərin müəyyənləşdirilməsi üzrə metodologiyanın və Şəbəkə Məcəlləsinin hazırlanması, gələcək bazar subyektlərinin kommersiya uçotu sisteminin təşkili ilə bağlı sistemin yaradılmasıdır.
Bu prosesdə mühüm əhəmiyyət daşıyan, mütərəqqi bazar prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamına uyğun olaraq Energetika Nazirliyi tanınmış beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə "Elektroenergetika haqqında”, “Energetika haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının yeni qanunlarının yeni layihələrini hazırlanmışdır. Təqdim olunmuş "Elektroenergetika haqqında” qanun layihəsində elektrik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və paylanması sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqi, özəl investisiyaların cəlbi, dövlətin maliyyə yükünün, elektrik enerjisinin istehsalına çəkilən xərclərin azaldılması və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şəraitin yaradılması kimi məsələlər nəzərdə tutulmuşdur.
Eyni zamanda, sözügedən sərəncama əsasən Energetika Nazirliyinə tanınmış beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın hazırlanması, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərini, ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərini, bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini, ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılmışdır.
Təqdim olunan təkliflər əsasında islahatlara geniş start veriləcək, görülən işlərin nəticəsində ölkəyə xarici investisiyaların gəlişinə geniş vüsət yaranacaq, yerli sahibkarların bu sahəyə marağının artmasına səbəb olacaq. Belə olan halda sahibkarların bu sahədə sərmayələrin yatırılması ilə bağlı müraciətlərinin qısa zamanda araşdırılaraq cavablandırılması, tələb olunan məqamlarla bağlı müqayisəli təhlil və hesabatların aparılması, məlumatların toplanması və bu kimi digər məsələlərin keyfiyyətcə həll olunması “ACE Group Consultants” şirkətin hüquqi məsləhət xidmətlərindən yararlanmaqla mümkün olacaq.