“ACE Group Consultants” Şirkətinin rəhbərliyi və əməkdaşları “Qarabağ Azərbaycandır!” devizi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması naminə əks-hücum əməliyyatları keçirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək olaraq müxtəlif ərzaq məhsulları, tibbi ləvazimatları, geyim və digər gündəlik lazım olan əşyaları cəbhə xəttinə yola salmışdırlar.
Şirkət bundan sonra da haqq yolunda rəşadətli ordumuza dəstək olmaq məqsədilə cəbhə bölgəsində düşmən tərəfindən zəbt olunan torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə iştirak edən əsgərlərin ailələrinə yardım etməyi öz üzərinə götürüb.
Bu xeyirxah və qanunverici missiyada iştirak etməkdən məmnun olduqlarını bildirən “ACE Group Consultants” kollektivi qələbə uğrunda gedən döyüşlərdə bütün hərbçilərin sağ-salamat qayıtmalarını arzulayırlar.
Şanlı ordumuzun Azərbaycanımızın öz əzəli və əbədi torpaqları uğrunda həyata keçirdiyi zəruri əks-hücum tədbirləri haqq işidir və bu yolda bütün kollektivimizlə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və qəhrəman Rəşadətli Ordumuzun yanındayıq!
“Qarabağ Azərbaycandır!”