XƏBƏRLƏR

Kiçik və Orta Biznes (KOB) subyektlərinin nəzərinə

DEKABR 17, 2020

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edərək qeyd edib ki, cari ilin 21-23 dekabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində halal sektorla bağlı yeniliklərə və inkişaf perspektivlərinə dair Dünya Halal Sammiti (World Halal Summit) keçiriləcək. Sammit çərçivəsində həmçinin, virtual formatda Halal Expo Sərgisi təşkil olunacaqdır.

Azərbaycan sahibkarları da ziyarətçi qismində virtual sərgidə iştirak edə bilərlər.

Ətraflı məlumat üçün http://www.worldhalalsummit.com.tr

https://smb.gov.az/news/sahibkarlarin-nzrin-6