Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti” sahibkar rəyində adlı ümumölkə (işğal olunmuş ərazilər və Naxçıvan MR istisna olmaqla) miqyaslı, 374 biznes subyektini əhatə edən sosioloji sorğu keçirilib. Sorğuya cəlb olunan sahibkarlara təqdim edilən e-anket (e-mail vasitəsilə) 41 modul tipli sualı özündə əks etdirib. Analitik hesabatdan çıxarış kimi, sahibkarlara ünvanlanmış “Koronavirus (COVID-19) pandemiyasının Sizin biznesə təsirini necə qiymətləndirirsiniz?” sualına ümumiləşdirilmiş rəy təqdim edilmişdir.
Digər tərəfdən sorğu çərçivəsində sahibkarlara ünvanlanan “Sizcə Koronavirus pandemiyasından ən çox zərər çəkmiş biznes sektoru hansıdır?” sualına verilən cavabların təhlili kimi aşağıdakı ilkin nəticələr hasil edilmişdir.
Məhz bu istiqamətdə beynəlxalq miqyasda həyata keçirilən tədqiqatlardan çıxış edərək nəticələrin qlobal tendensiyalara adekvatlığını müşahidə edə bilərik.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən geniş maarifləndirici aksiyaların və görüşlərin həyata keçirilməsinə baxmayaraq, diqqət çəkən məqam kimi, rəyi öyrənilən sahibkarların 78.4%-i COVID-19 pandemiyasının təsirinin minimuma endirilməsi məqsədilə dövlətin KOB-lara dəstək siyasəti və tədbirləri barədə məlumatlı olduğunu, 21.6%-i isə bu istiqamətdəki tədbirlərdən məlumatsız olduqlarını qeyd ediblər.