XƏBƏRLƏR

KİÇİK və ORTA BİZNES SUBYEKTLƏRINƏ DƏSTƏK LAYİHƏLƏRİ

OKTYABR 08, 2020

KOB subyektlərinin inkişafı sahəsində əhəmiyyətli təcrübəyə malik olan “ACE Croup Consultants” şirkəti müxtəlif beynəlxalq təşkilatları tərəfindən maliyyələşdirən proqramlar vasitəsilə sahibkarların bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələrdə fəal iştirak etmiş və müraciət edən sahibkarlara məsləhətlərin verilməsində dəstək olmuşdur.

Dəstək fəaliyyətimizin davamı olaraq nəzərinizə çatdırırıq ki, Avropa İttifaqının təşəbbüsü ilə EU4Business layihəsi həyata keçirilir. Bu layihənin əsas məqsədi Azərbaycanda və digər Şərq Tərəfdaşlığı ölkələrində kiçik və orta sahibkarlıq subyektlərinə dəstək olmaq və layihə çərçivəsində KOB subyektlərinə müxtəlif dəstəkləyici xidmətlərin göstərilməsindən ibarətdir.

Ətraflı məlumatlrı əldə etmək üçün  https://eu4business.az  veb səhifəsinə daxil olmağınız və bu haqda Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş digər KOB subyektlərinə məlumat verməyiniz xahiş olunur.

“ACE Croup Consultants” şirkəti olaraq qeyd etmək istərdik ki, verilən imkanlardan istifadə edərək fəaliyyətimizi sahibkarlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilməsi davam edəcəyik. Bu baxımdan, KOB subyektlərini əməkdaşlığa dəvət edirik və birgə səylərimizin nəticəsində sahibkarlığının inkişafının reallaşmasına əhəmiyyətli tövhə verəcəyimizə  əmin olduğumuzu  Sizinlə bölüşürük.