XƏBƏRLƏR

Milli Məclisin plenar iclasında sahibkarlıqla bağlı qanun layihələri qəbul olunub

MART 10, 2021

Martın 9-da Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.İclasda üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda, Ailə Məcəlləsində və Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul olunub.

Sonra ikinci oxunuşda plenar iclasa təqdim olunmuş 3 məsələyə baxılıb.  Azərbaycan Respublikasının Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində,  həmçinin “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ayrı-ayrılıqda öncə əsas kimi qəbul olunub, sonra maddə-maddə səsə qoyulub. Deputatlar həmin qanunların üçünə də ayrı-ayrılıqda ikinci oxunuşda müsbət səs veriblər.

https://www.meclis.gov.az/news.php?id=3190&lang=az