XƏBƏRLƏR

Sahibkarlığın İnkişafı Fondunun əsas hədəflərini açıqlandı

MART 19, 2021

İqtisadiyyat naziri Mikayıl Cabbarov  rəhbərlik etdiyi qurumun Sahibkarlığın İnkişafı Fondunun (SİF) əsas hədəflərini "Twitter" sosial şəbəkəsindəki hesabında açıqlayıb.

“SİF-in 2021-2023-cü illərdə strateji hədəfləri sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi, innovativ texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılmasına və inkişafına dəstək verilməsi, Fondun dayanıqlı inkişafının təmin edilməsidir”, - nazir qeyd edib.