XƏBƏRLƏR

Laçının bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

APREL 24, 2024

Laçının bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var, burada müvafiq infrastrukturun yaradılması istiqamətində xeyli iş görülüb.

Bunu Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.

M.Məmmədov Laçının su elektrik enerjisi istehsalı sahəsində də böyük potensiala malik olduğunu vurğulayıb: “Təkcə bu günə kimi dörd yeni su elektrik stansiyası tikilib. Bu ilin sonuna kimi daha beş yeni su elektrik stansiyasının istifadəyə veriləcəyini gözləyirik”.

Prezidentin xüsusi nümayəndəsi, həmçinin Laçının böyük turizm potensialına malik olduğunu qeyd edərək bildirib ki, şəhər işğaldan azad ediləndən bu günə qədər bu istiqamətdə xeyli iş görülüb.

https://report.az/energetika/mesim-memmedov-lacinin-berpa-olunan-enerji-menbeleri-sahesinde-boyuk-potensiali-var/