Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 463,1 milyon kilovatt/saat elektrik enerjisi idxal edib, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildiriliк.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.
Hesabat dövründə Azərbaycan qonşu ölkənin elektrik enerjisinə olan tələbatının 32,2 %-ni təmin edib.
İlk üç ayda Gürcüstan Rusiyadan 863,6 milyon kilovatt/saat, Türkiyədən isə 111,1 milyon kilovatt/saat elektrik enerjisi tədarük edib.
https://report.az/energetika/gurcustan-azerbaycandan-elektrik-enerjisinin-idxalini-15-artirib/