XƏBƏRLƏR

“Suqovuşandakı SES-lər işə salınıb, test gedir”

APREL 19, 2021

“Tərtər rayonunun Suqovuşan kəndindəki su elektrik stansiyaları (SES) hazırdır, işə salmışıq, test gedir”.

“Report” xəbər verir ki, bunu Bakının Suraxanı rayonunda yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə məruzəsində bildirib.

“Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm”, - o qeyd edib.

https://report.az/energetika/azerenerji-nin-prezidenti-suqovusandaki-ses-ler-ise-salinib-test-gedir/