XƏBƏRLƏR

“Şahdəniz”dən hasil edilən 95 mlrd kubmetr qaz ixrac edilib

APREL 21, 2021

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku bu ilin aprelin 1-dək təqribən 180 milyard kubmetr qaz hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin üç ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlara əsasən xəbər verir.

Məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən aprelin 1-dək 140 milyard kubmetr qaz hasil edilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 95 milyard kubmetri ixraca nəql edilib.

https://report.az/energetika/sahdeniz-den-hasil-edilen-95-mlrd-kubmetr-qaz-ixrac-edilib/