Qazaxıstan qaz sənayesi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bunu Bakıda keçirilən SPE 2025 Caspian Technical Conference çərçivəsində Trend-ə müsahibəsində KMG-Karachaganak şirkətinin İstehsalat üzrə Baş direktor müavini Andrey Kan bildirib.
Kan, Qazaxıstanın KazMunayGas və Azərbaycanın SOCAR şirkətləri arasında mövcud olan möhkəm tərəfdaşlığı yüksək qiymətləndirərək SOCAR-ın Qazaxıstanda kəşfiyyat imkanlarına maraq göstərdiyini qeyd edib.
“Qaz istehsalı və neft-kimya sahəsində birgə müəssisələr üçün əla perspektivlər görürük. Qazaxıstan və Azərbaycan arasında daha sıx əlaqələr hər iki ölkəni qlobal bazarda daha güclü oyunçular edəcək,” o vurğulayıb.
KazMunayGas və SOCAR 2022-ci ildə neft tranzit müqaviləsi imzalayıb, 2024-cü ildə isə Azərbaycan ərazisindən nəql olunan həcmlərin tədricən artırılması barədə razılığa gəliblər.
Qazaxıstanın milli neft-qaz operatoru olan KazMunayGas karbohidrogenlərin tam dəyər zəncirini idarə edir və onun 90%-i Samruk-Kazyna suveren sərvət fonduna, 10%-i isə Qazaxıstan Milli Bankına məxsusdur.
https://www.trend.az/business/energy/4125260.html