Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aparıcı biznes nümayəndələri – 2PointZero şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyan, International Holdings şirkətinin baş icraçı direktoru və idarəedici direktoru Seyid Basar Şueyb və International Resources Holding şirkətinin baş icraçı direktoru Əli Ərəşdi ilə görüşündə Birləşmiş Ərəb Əmirliklərini Azərbaycanın bərpa olunan enerji sahəsində əsas strateji tərəfdaşı adlandırıb.
Dövlət başçısı bu sahədə artıq imzalanmış sazişlərin əhəmiyyətini qeyd edib və əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. O, Azərbaycan-BƏƏ əməkdaşlığının daha geniş regional əhəmiyyət daşıdığını bildirib.
Görüş zamanı enerji infrastrukturu, bərpa olunan enerji, investisiya, informasiya texnologiyaları, mədənçıxarma və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
https://renewables.az/en/news/president-ilham-aliyev-the-uae-is-a-strategic-partner-of-azerbaijan-in-the-field-of-renewable-energy