Azərbaycan neft məhsullarının ilk partiyası cümə axşamı günü Bakının Biləcəri stansiyasından Ermənistana yola salınıb.
Azərbaycan Dəmir Yolları QSC (ADY) tərəfindən idarə olunan yük qatarı 22 vaqona 1220 ton AI-95 premium benzini yükləyib. Qatarın axşama qədər Ağstafa rayonundakı Böyük Kəsik stansiyasına çatması planlaşdırılır.
Oradan yük Gürcüstan ərazisindən keçməklə Ermənistana tranzit olunacaq, Report xəbər verir.