XƏBƏRLƏR

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası 2026-cı ilin birinci rübündə keçiriləcək

YANVAR 09, 2026

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti – 12-ci iclasının 2026-cı ilin ilk rübündə təşkil olunması planlaşdırılır.

Bu barədə Energetika Nazirliyindən Trend-in sorğusuna cavab olaraq məlumat verilib.

“Şuranın 12-ci iclasının cari ilin birinci rübü ərzində keçirilməsi nəzərdə tutulur. Hazırda tədbirin gündəliyinin formalaşdırılması ilə bağlı işlər aparılır”, – deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası 4 aprel 2025-ci ildə baş tutub.

Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan Avropaya təbii qazın çatdırılmasını təmin edən strateji layihədir. Dəhliz üç əsas boru kəməri sistemindən – Cənubi Qafqaz Boru Kəməri (SCP), Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) seqmentlərindən ibarətdir.

Dəhlizin ilkin ötürmə qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir və bu güc gələcəkdə 20 milyard kubmetrə qədər genişləndirilə bilər.

https://az.trend.az/business/energy/4138979.html