XƏBƏRLƏR

Azərbaycan və İordaniya enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

YANVAR 09, 2026

Azərbaycanın İordaniyada fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev İordaniyanın energetika və mineral ehtiyatlar naziri Saleh Ali əl-Xarabşeh ilə görüş keçirib.

Bu barədə Azərbaycanın Əmmamdakı səfirliyi özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

“Görüşdə iki ölkə arasındakı münasibətlər, xüsusilə energetika sektorunda gələcək əməkdaşlıq imkanları geniş müzakirə olunub”, – deyə paylaşımda qeyd edilib.

Bundan əlavə, səfir Şahin Abdullayev İordaniyanın rəqəmsal iqtisadiyyat və sahibkarlıq naziri Sami Smeirat ilə də görüşüb. Tərəflər ikitərəfli əlaqələri, rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində potensial əməkdaşlığı nəzərdən keçiriblər.

https://report.az/energetika/azerbaycan-ve-iordaniya-enerji-emekdasliginin-perspektivlerini-muzakire-edibler