XƏBƏRLƏR

TAP vasitəsilə Azərbaycan qazının Avropaya tədarükü sifarişləri sabit qalıb

YANVAR 13, 2026

Trans-Adriatik Boru Kəməri (TAP) ilə Azərbaycan təbii qazının Avropaya nəqli üzrə sifariş həcmləri dəyişməz qalıb.

TAP-ın elektron platformasına əsasən, Yunanıstanın Kipoi çıxış nöqtəsindən yanvarın 12-dən 20-dək olan dövrdə 363 milyon 848 min 997 kVt/saat həcmində sifariş qəbul edilib. Bu göstərici yanvarın 5-12 tarixləri arasındakı sifarişlərlə eynidir.

Komotini çıxış nöqtəsindən həmin dövr ərzində gündəlik sifarişlər 28 milyon 674 min 418 kVt/saat səviyyəsində qeydə alınıb ki, bu da əvvəlki həftənin göstəriciləri ilə müqayisədə dəyişməyib.

Nea Mesimvria nöqtəsindən yanvarın 12-20 tarixlərində 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş daxil olub və bu rəqəm də əvvəlki həftə ilə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qaz tədarükü üçün 12-20 yanvar tarixlərində 304 milyon 828 min 278 kVt/saat sifariş qəbul edilib. Bu göstərici də əvvəlki dövrlə müqayisədə sabit qalıb.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabr ayında yekunlaşıb. Kəmərin ümumi uzunluğu 878 kilometrdir: 550 km Yunanıstanın şimal hissəsindən, 215 km Albaniya ərazisindən, 105 km Adriatik dənizinin dibi ilə, 8 km isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara kommersiya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

https://report.az/energetika/tap-ile-azerbaycandan-avropaya-qaz-tedaruku-sifarislerinin-hecmleri-deyismeyib-12-01