XƏBƏRLƏR

Əmək qanunvericiliyində əsas yeniliklər – SİYAHI

YANVAR 21, 2026

Prezident İlham Əliyev əmək münasibətləri ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklikləri təsdiqləyib. Əmək Məcəlləsi və bir sıra digər qanunlarda ümumilikdə 400-dən artıq dəyişiklik aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və beynəlxalq təcrübəyə uyğunlaşmaqla əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin hüquqlarının daha etibarlı qorunması, əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi mexanizmlərin tətbiqi, eləcə də müasir tələblərə cavab verən yeni anlayışların qanunvericiliyə daxil edilməsi məqsədi daşıyır.

Əmək Məcəlləsinə yeni anlayış kimi “Ailə vəzifələri olan işçi” termini əlavə olunub. Bu anlayış qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə qayğı göstərməklə əlaqədar əmək fəaliyyətini məhdudlaşan işçini əhatə edir.

Ailə vəzifələri olan işçilərə əmək münasibətlərində verilən güzəşt və imtiyazlar ayrı-seçkilik sayılmayacaq. Növbəli iş qrafiki tərtib edilərkən və gecə növbəsinə cəlb olunan zaman işçilərin ailə vəzifələri ilə bağlı xüsusi ehtiyacları nəzərə alınacaq.

Əsas yeniliklərdən biri işçilərin əmək funksiyasını elektron və proqram-texniki vasitələrlə məsafədən (distant) yerinə yetirməsinin hüquqi əsasının yaradılmasıdır. Bu məqsədlə Məcəlləyə “Məsafədən (distant) iş” anlayışı daxil edilib. Distant iş şərtləri tərəflərin razılığı ilə əmək müqaviləsində əlavə olaraq müəyyən olunacaq.

Qanunvericilikdə “əmək müqaviləsinin ləğv edilməsi” ifadəsi “əmək müqaviləsinə xitam verilməsi” ilə əvəzlənib. Əmək və Sosial Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətinin hüquqi bazası möhkəmləndirilib. İşçinin məzuniyyətdə olduğu müddətdə orta əməkhaqqının son əməkhaqqından az olmayaraq saxlanılması təmin olunub.

Digər mühüm dəyişikliklər aşağıdakılardır:

Bu dəyişikliklər əmək münasibətlərini daha çevik, ədalətli və müasir tələblərə uyğun tənzimləməyə yönəlib.

https://azertag.az/xeber/emek_qanunvericiliyinde_yenilikler_siyahi-3970971