XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycanda ikinci mühüm neft bumu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var

YANVAR 21, 2026

Azərbaycan neft hasilatını sabitləşdirmək və hətta artırmaq planları qurur, eyni zamanda qaz hasilatını davamlı şəkildə artırır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələrdən olan biznes liderlərinin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı vurğulayıb ki, beynəlxalq enerji şirkətlərinin Azərbaycanda apardığı kəşfiyyat işləri uğurlu nəticələr versə, ölkədə ikinci mühüm neft bumunun yaşanması üçün çox əsaslı ümidlər var.

Prezident qeyd edib ki, bu barədə danışmaq üçün hələ erkəndir, lakin kəşfiyyat layihələrinin perspektivləri Azərbaycanın neft sektorunda yeni yüksəliş dövrünün başlanmasına real zəmin yarada bilər.

https://az.trend.az/azerbaijan/politics/4144055.html