Azərbaycan energetika naziri Pərviz Şahbazov “Total Energies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüş keçirib və bir sıra strateji əməkdaşlıq məsələlərini müzakirə edib.
Nazir öz “X” hesabında paylaşım edərək bildirib: “Total Energies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə Abşeron qaz kondensat yatağının tammiqyaslı işlənməsi, əməliyyatların karbon izinin azaldılması, habelə şəbəkənin gücləndirilməsinin növbəti mərhələsi çərçivəsində 35 MVt gücündə külək elektrik stansiyası (KES) layihəsi üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik.”
Görüşdə həm mövcud birgə layihələrin inkişafı, həm də yeni bərpa olunan enerji təşəbbüslərinin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Xüsusilə Abşeron yatağı ərazisində planlaşdırılan 35 MVt-lıq külək elektrik stansiyasının tikintisi və inteqrasiyası Azərbaycanın “yaşıl enerji” zonası konsepsiyası və karbon emissiyalarının azaldılması strategiyası ilə uyğunlaşdırılıb.
Bu danışıqlar Azərbaycanın bərpa olunan enerji potensialının inkişafında beynəlxalq şirkətlərlə əməkdaşlığın genişlənməsi və enerji keçidi prosesinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
https://renewables.az/az/news/total-energies-irk-ti-il-35-mvt-g-c-nd-kes-layih-si-zr-m-kda-l-q-m-s-l-l-ri-m-zakir-edilib