Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə Xorvatiyanın aparıcı enerji şirkətlərindən biri olan “Energia Naturalis d.o.o” arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Renewables.az-ın məlumatına görə, sənəd bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 4-cü iclası çərçivəsində rəsmiləşdirilib.
Anlaşma Memorandumunu BOEMDA-nın direktoru Cavid Abdullayev və “Energia Naturalis d.o.o” şirkətinin İdarə Heyətinin sədri Boštjan Napast imzalayıblar.
Memorandum bərpa olunan enerji mənbələrinin inkişafı, yeni texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və potensial birgə layihələrin həyata keçirilməsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu sənəd Azərbaycanın “yaşıl enerji” zonası konsepsiyasının reallaşdırılması və beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.
https://renewables.az/az/news/boemda-v-xorvatiyan-n-energia-naturalis-d-o-o-irk-ti-anla-ma-memorandumu-imzalay-b