Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Beynəlxalq Əmək Təşkilatı (ILO) tərəfindən dərc olunan “Renewable Energy and Jobs: Annual Review 2025” hesabatına görə, dünyada bərpa olunan enerji sahəsində çalışanların ümumi sayı 16,6 milyon nəfərə yüksəlib. Lakin bu işçi qüvvəsinin yalnız təxminən 32 faizi qadınlardır.
Hesabatda qeyd olunur ki, bərpa olunan enerji sənayesi digər enerji sahələri ilə müqayisədə qadınlar üçün daha əlçatan olsa da, onların iştirakı əsasən inzibati və dəstək xidmətləri ilə məhdudlaşır. Texniki peşələrdə və qərar qəbulu səviyyəsində qadınların təmsilçiliyi hələ də kifayət qədər aşağı səviyyədə qalır.
Hesabatda qadınların sektor üzrə payı vəzifə qruplarına görə belə bölünür:
Ekspertlər vurğulayırlar ki, qlobal enerji keçidi yalnız texnoloji yeniliklərlə məhdudlaşmır, eyni zamanda sosial transformasiya tələb edir. Qadınların bərpa olunan enerji sektorunda, xüsusilə texniki və liderlik rollarında daha aktiv iştirakı bu prosesin uğuru üçün əsas şərtlərdən biridir.
Azərbaycanda da bərpa olunan enerji sahəsinin sürətli inkişafı qadınlar üçün yeni karyera imkanları açır. Ölkədə günəş, külək və digər yaşıl enerji layihələrinin genişlənməsi ilə bu sahədə çalışan qadınların sayı ildən-ilə artmaqdadır və onların iştirakı sektorun daha inklüziv və dayanıqlı inkişafına töhfə verir.
https://renewables.az/az/news/b-rpa-olunan-enerji-s-nayesind-qad-nlar-n-pay-32-faiz-t-kil-edir