Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası təşkil olunub.
Nazirlikdən verilən məlumata görə, kollegiya iclasında istilik təchizatı sahəsində ardıcıl inkişaf prosesləri, genişmiqyaslı islahatlar və qəbul edilən yeni qanunvericilik aktlarının sektorun səmərəliliyini artırmaqda oynadığı mühüm rol xüsusi qeyd olunub.
İclasda “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı tapşırıqların icra vəziyyəti haqqında ətraflı hesabat dinlənilib, qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.
Bundan başqa, 2025-ci il üzrə Energetika Nazirliyində icra intizamının vəziyyəti, keçirilmiş yoxlamaların nəticələri və vətəndaş müraciətlərinə baxılması prosesi barədə təqdimat edilib. Təqdimat zamanı bu istiqamətlərdə əldə olunan müsbət göstəricilər vurğulanıb.
İclasın sonunda müzakirə olunan bütün məsələlər üzrə müvafiq tapşırıqlar verilib və onların vaxtında və keyfiyyətli icrası üçün nəzarət mexanizmləri müəyyənləşdirilib.
Bu iclas istilik təchizatı sektorunda aparılan islahatların sistemli davam etdirilməsi və qanunvericilik yeniliklərinin praktik tətbiqinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
https://renewables.az/az/news/energetika-nazirliyind-kollegiya-iclas-ke-irilib-1