Bu ilin ilk üç ayında Azərenerji ASC tərəfindən ümumilikdə 6 milyard 76,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən açıqlanan operativ göstəricilərə görə, bu həcm ötən ilin eyni dövrü ilə müqayisədə 308,2 milyon kVt/saat və ya 4,8 % azalma deməkdir.
İstehsalın strukturuna gəldikdə, 5 milyard 558,6 milyon kVt/saat istilik elektrik stansiyalarının payına düşüb (3,2 % azalma), 508,1 milyon kVt/saat su elektrik stansiyalarında (21,2 % azalma), 10,1 milyon kVt/saat isə günəş elektrik stansiyalarında (26,8 % azalma) qeydə alınıb.
https://renewables.az/az/news/az-renerji-nin-stansiyalar-nda-elektrik-enerjisi-istehsal-azal-b