Azərbaycanla Sloveniya arasında enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri qiymətləndirilib. Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
Nazirin sözlərinə görə, sözügedən müzakirələr Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüş zamanı baş tutub.
Görüşdə Sloveniya nümayəndə heyəti “Bakı Enerji Həftəsi” tədbirlərində geniş tərkibdə iştirak etməyə dəvət olunub.
https://renewables.az/az/news/az-rbaycan-v-sloveniyan-n-enerji-m-kda-l-n-n-inki-af-m-zakir-edilib