XƏBƏRLƏR

İsveçrə Azərbaycanla bərpa olunan enerji sahəsində təcrübə bölüşməyə hazırdır

APREL 21, 2026

İsveçrə bərpa olunan enerji sahəsində öz bilik və təcrübələrini Azərbaycanın ixtiyarına verə bilər.

Bu fikirləri Trend-ə verdiyi eksklüziv müsahibədə İsveçrənin Xarici İşlər üzrə Federal Departamentinin Avrasiya şöbəsinin rəhbəri, səfir Pyer-İv Füks Azərbaycana son səfərinin yekunlarına dair söyləyib.

Səfir qeyd edib ki, hər iki ölkə bu sahələrdə güclü və bir-birini tamamlayan üstünlüklərə malikdir. İsveçrə qabaqcıl yaşıl texnologiyalar, innovativ həllər və davamlı maliyyə alətləri təklif edir, Azərbaycan isə bərpa olunan enerji üzrə geniş potensiala və enerji sektorunun dəyişdirilməsi ilə bağlı strateji hədəflərə sahibdir. Füks vurğulayıb ki, İsveçrə qarşılıqlı faydalı enerji keçidini təmin etmək və bunu hər iki tərəf üçün səmərəli tərəfdaşlığa çevirmək məqsədilə öz nou-hau imkanlarını təqdim edə bilər.

 

https://renewables.az/az/news/sve-r-b-rpaolunan-enerji-sah-sind-bilik-v-t-cr-b-l-rini-az-rbaycanla-b-l-bil-r