XƏBƏRLƏR

Prezident: Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk

APREL 28, 2026

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda bildirib ki, ölkədə bərpaolunan enerji mənbələri sahəsi böyük potensiala malikdir və bu sahə fəal şəkildə inkişaf etdirilir. Dövlət başçısı qeyd edib ki, 2032-ci ilə qədər günəş, külək və hidroenergetika hesabına 8 giqavat enerji əldə etmək planlaşdırılır və bu, artıq bağlanmış müqavilələrə əsaslanır. Bunun üçün geniş sahə işləri görülməlidir və bu istiqamət əməkdaşlıq üçün potensial sahələrdən biridir.

https://renewables.az/az/news/prezident-biz-az-rbaycanda-b-y-k-potensial-olan-b-rpaolunan-enerji-sah-sini-f-al-kild-inki-af-etdiririk