Azərbaycan dəniz külək enerjisi sahəsində təxminən 38 giqavat kommersiya potensialına malikdir. “Report” xəbər verir ki, bu fikirləri “SOCAR Green”in Texnologiyalar və innovasiyalar departamentinin direktoru Elçin Tarquliyev Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində panel müzakirəsində çıxışı zamanı səsləndirib.
“Orta və uzunmüddətli perspektivdə dəniz külək enerjisi nəhəng potensiala malikdir. Azərbaycan dəniz külək enerjisi potensialına görə dünyada aparıcı mövqelərdən birini tutur. Ölkə 157 giqavat texniki və təxminən 38 giqavat kommersiya potensialına sahibdir.
Eyni zamanda qeyd etmək istərdim ki, ölkəmiz bioenergetika və geotermal enerji sahələrində də əhəmiyyətli imkanlara malikdir. Lakin bu texnologiyalar kommersiya baxımından daha az cəlbedicidir və hazırkı mərhələdə əsasən tədqiqat səviyyəsindədir. Bu səbəbdən bu istiqamətlərin inkişafı daha çox tələbat olan günəş və külək həlləri ilə müqayisədə daha yavaş gedir”, – deyə E.Tarquliyev qeyd edib.
https://report.az/energetika/azerbaycanin-ofsor-kulek-enerjisinin-kommersiya-potensiali-38-qvt-seviyyesinde-qiymetlendirilir