Bolqarıstanın energetika naziri İva Petrova Azərbaycanın Sofiyadakı səfiri Elmar Məmmədovla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstana və regiona təbii qaz tədarükünü artırması potensialını müzakirə edib. Bu barədə “Report” Bolqarıstan Energetika Nazirliyinə istinadən xəbər verir.
Tərəflər həmçinin Xəzər regionundan Avropaya yaşıl enerji dəhlizlərinin inkişafını və Azərbaycanın Bolqarıstandakı investisiya imkanlarını nəzərdən keçiriblər.
Nazirlik xatırladıb ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 34 il keçir və bu müddət ərzində energetika uğurlu əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib.
“Yaşıl enerji dəhlizi 2024-cü ildə prezidentlər Radev və Əliyev tərəfindən irəli sürülmüş layihədir. Bu layihə regionlar arasında bərpa olunan elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində imkanları genişləndirəcək. 2026-cı il mayın 22-də İstanbulda nazirlərin üçüncü görüşü zamanı Bolqarıstan, Azərbaycan, Türkiyə və Gürcüstanın Energetika nazirlikləri arasında bu layihənin həyata keçirilməsinə dair hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi məsələsi də müzakirə edilib”, – məlumatda qeyd olunub.
https://report.az/energetika/bolqaristan-azerbaycan-qazinin-idxalinin-artirilmasinda-maraqlidir