Trans‑Adriatik Boru Kəməri (TAP) istismara verildiyi gündən bu yana İtaliyaya 49,5 milyard kubmetr təbii qaz çatdırıb. Bu barədə energetika naziri Pərviz Şahbazov İtaliyanın Respublika Günü münasibətilə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib, “Report” xəbər verir.
Nazir vurğulayıb ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı və neft‑qaz ixracının mühüm hissəsinin ünvanlandığı ölkədir.
“Çoxşaxəli strateji tərəfdaşlığa əsaslanan Azərbaycan‑İtaliya münasibətləri yeni investisiya, enerji layihələri və humanitar əməkdaşlıq hesabına daha da möhkəmlənir”, – deyə P. Şahbazov qeyd edib.
https://report.az/energetika/perviz-sahbazov-tap-indiyedek-italiyani-49-5-milyard-kubmetr-qazla-temin-edib
