XƏBƏRLƏR

Bu il Azərbaycanda 21 milyard kubmetrə yaxın qaz hasil olunub

İYUN 18, 2026

Cari ilin yanvar-may aylarında Azərbaycanda 20 milyard 935,2 milyon kubmetr təbii qaz hasil edilib. Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Həmin həcmin 16 milyard 305,2 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1%, əmtəəlik qaz hasilatı isə 0,7% artıb.

İlin ilk 5 ayında Azərbaycanda qaz kondensatı da daxil olmaqla 11 milyon 060,7 min ton xam neft hasil olunub. Bunun 11 milyon 033,1 min tonu əmtəəlik xam neftdir.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,3% azalıb.

https://report.az/energetika/bu-il-azerbaycanda-21-milyard-kubmetre-yaxin-qaz-hasil-edilib