Münaqişə həll edildikdən sonra İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək. Bu sözləri İranın neft naziri Möhsün Paknejad deyib, “Report” xəbər verir.
“Münaqişədən sonrakı dövrdə İranın neft sənayesi qlobal iqtisadiyyat üçün investisiya imkanları, həmçinin texniki və maliyyə tərəfdaşlıqları təmin etmək üçün əsas məkana çevriləcək”, – deyə o əlavə edib.
Nazir həmçinin bildirib ki, İran yaxın gələcəkdə əməkdaşlıq təkliflərini nəzərdən keçirməyə və müqavilələr bağlamağa hazırdır.
Nazirlik həmçinin investorlardan ibarət işçi qruplarının operativ şəkildə təşkil edilməsinə hazırdır.
https://report.az/energetika/mohsun-paknejad-iranin-neft-senayesi-en-boyuk-investisiya-sektoruna-cevrilecek