XƏBƏRLƏR

SOCAR "Ağıllı şəhərsalma və sənaye həlləri" mövzusunda innovasiya müsabiqəsi elan edir

İYUN 24, 2026

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Ağıllı şəhərsalma və sənaye həlləri" mövzusunda innovasiya müsabiqəsinə start verib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Bildirilir ki, müsabiqənin məqsədi smart urbanizasiya, "ağıllı şəhər" sistemləri, dayanıqlı urban inkişaf və texnologiya əsaslı innovativ ideyaların formalaşdırılmasına və inkişafına şərait yaratmaqdır.

SOCAR bu təşəbbüslə enerji və sənaye infrastrukturu sahəsindəki rolunu, həmçinin ekoloji məsuliyyət, dayanıqlı inkişaf və texnologiya əsaslı idarəetmə yanaşmalarının artan əhəmiyyətini nəzərə alaraq, şəhər mühitindəki mövcud çağırışlara uyğun innovativ həllərin hazırlanmasını təşviq edir.

Enerji, ekologiya, su, infrastruktur və şəhər sistemləri ilə bağlı mövzuları əhatə edən müsabiqə iştirakçılara real urban və sənaye-şəhər çağırışlarına sistemli yanaşmaq, texnologiya əsaslı həll konsepsiyaları hazırlamaq və bu ideyaları mentor dəstəyi ilə inkişaf etdirmək imkanı verəcək.

Seçilmiş komandalar 6 həftəlik strukturlaşdırılmış proqramda iştirak edəcəklər. Proqram müddətində iştirakçılar mentorlarla işləyəcək, problemin mahiyyətini təhlil edəcək, həll konsepsiyasını formalaşdıracaq, texniki, əməliyyat və təşkilati tətbiq imkanlarını qiymətləndirəcək və final təqdimat üçün layihə istiqamətini hazırlayacaqlar.

Müsabiqə aşağıdakı tematik istiqamətləri əhatə edir:

Proqramın sonunda komandalar öz layihə konsepsiyalarını "Demo Day" çərçivəsində təqdim edəcəklər. Təqdimatlar problemin aktuallığı, həllin keyfiyyəti, tətbiq oluna bilmə potensialı, innovasiya və dəyər yaratma imkanı, həmçinin layihənin proqram müddətində inkişaf səviyyəsi əsasında qiymətləndiriləcək.

Kimlər müraciət edə bilər?

Müsabiqədə tələbələr, gənc mütəxəssislər, tədqiqatçılar, startap və innovasiya komandaları, eləcə də şəhərsalma, mühəndislik, ekologiya, enerji, rəqəmsal texnologiyalar, data analitikası, dayanıqlı inkişaf və urban sistemlər sahələrinə marağı olan multidissiplinar komandalar iştirak edə bilər.

İştirakçılara aşağıdakı imkanlar təqdim ediləcək:

Müraciət qaydası:

Müsabiqədə iştirak etmək istəyən komandalar aşağıdakı link vasitəsilə müraciət formasını doldurmalıdırlar: https://docs.google.com/forms/d/e/1FAIpQLSfyZkFCqyjwL-LxZor3e2wrt5ZA2FWzLAFWqrhERhQvS0Vpwg/viewform?usp=header

Son müraciət tarixi: 26.06.2026

Əlavə məlumat üçün: innovations@socar.az / əlaqə nömrəsi: +994 50 841 54 74

https://report.az/energetika/socar-agilli-sehersalma-ve-senaye-helleri-movzusunda-innovasiya-musabiqesini-elan-edir