“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Dünya Bankı Xəzərdə həyata keçirilməsi planlaşdırılan dəniz külək enerjisi layihələrinin logistika və gəmi təminatı məsələlərini müzakirə edib.
“Report” ASCO-ya istinadən xəbər verir ki, bu mövzu şirkətin nümayəndələri ilə Dünya Bankının ekspertlərindən ibarət nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə həmçinin Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi iştirak edib.
Məlumata görə, tərəflər Xəzər dənizində reallaşdırılması nəzərdə tutulan külək enerjisi layihələrinin icrası zamanı yarana biləcək gəmi xidmətlərinə olan tələbatı dəyərləndiriblər. Müzakirələr zamanı ASCO-nun ixtisaslaşmış donanmasının imkanları, layihələrin müxtəlif mərhələlərində istifadə oluna biləcək gəmi növləri, həmçinin dənizdə tikinti və quraşdırma işlərinin logistika baxımından təminatı nəzərdən keçirilib.
https://report.az/energetika/asco-dunya-banki-ile-denizde-kulek-enerjisi-layihelerinin-gemi-logistika-teminatini-muzakire-edib