XƏBƏRLƏR

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 milyon tondan artıq neft çıxarılıb

İYUL 17, 2026

2026-cı ilin ilk yarısına dair operativ göstəricilərə görə, Azərbaycanda kondensat da daxil olmaqla ümumilikdə 13,3 milyon ton neft hasil olunub.

Bu barədə Energetika Nazirliyi "Report"a məlumat verib.

Məlumata əsasən, hasilatın 7,9 milyon tonu "Azəri-Çıraq-Günəşli", 1,7 milyon tonu "Şahdəniz", 0,3 milyon tonu isə "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft və kondensat hasilatı isə 3,4 milyon ton olub.

Yanvar-iyun aylarında ölkədən ümumilikdə 10,5 milyon ton neft və kondensat ixrac edilib. İxracın 9,5 milyon tonunu konsorsium, 0,7 milyon tonunu SOCAR, 0,3 milyon tonunu isə JOCAP həyata keçirib.

Nazirlik qeyd edib ki, hesabat dövründə xam neftin orta gündəlik hasilatı 61 min ton (449 min barrel), kondensatın hasilatı isə 12 min ton (103 min barrel) təşkil edib. Beləliklə, ümumi gündəlik neft hasilatı orta hesabla 73 min ton və ya 552 min barrel səviyyəsində olub.

Bundan əlavə, ilin ilk altı ayında ölkədə 2,9 milyon ton neft emal edilib.

https://report.az/energetika/azerbaycan-bu-ilin-6-ayinda-13-milyon-tondan-cox-neft-hasil-edib