XƏBƏRLƏR

Azərbaycan 7 ayda 14 milyard kubmetrdən çox təbii qaz ixrac edib

AVQUST 17, 2026

Cari ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyard 427 milyon 713,63 min kubmetr həcmində təbii qaz ixrac edib. Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac olunan təbii qazın dəyəri 4 milyard 882 milyon 439,84 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,12% artıb, dəyəri isə 7,3% azalıb.

Hesabat ayında təbii qaz Azərbaycanın ümumi ixracının 25,25%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir il ərzində ixrac 27% artıb, idxal isə 27,4% azalıb.

https://report.az/energetika/azerbaycan-7-ayda-14-milyard-kubmetrden-cox-tebii-qaz-ixrac-edib