XƏBƏRLƏR

Azərbaycanda külək enerjisinin istehsalı 22 dəfə artıb

AVQUST 18, 2026

Cari ilin yanvar‑iyul aylarında Azərbaycanda külək elektrik stansiyalarında 606,4 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025‑ci ilin eyni dövrü ilə müqayisədə 22 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda ümumi elektrik enerjisi istehsalı 15 milyard 172 milyon kVt/saat olub ki, bu da 2025‑ci ilin ilk 7 ayı ilə müqayisədə 3% azdır. Bunun 14 milyard 734,9 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub (illik müqayisədə 2,5% azalma).

Bu həcmin 2 milyard 195,7 milyon kVt/saatı su elektrik stansiyalarının (5,6% artım), 11 milyard 441,5 milyon kVt/saatı istilik elektrik stansiyalarının (8,7% azalma), 141 milyon kVt/saatı isə biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisinin (6,7% artım) payına düşür.

Hesabat dövründə günəş elektrik stansiyalarında 350 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2025‑ci ilin yanvar‑iyul aylarının göstəricisi ilə müqayisədə 5% çoxdur.

https://report.az/energetika/azerbaycanda-kulek-enerjisinin-istehsali-22-defe-artib