Böyük Britaniyanın BP şirkəti İan Tayleri Direktorlar Şurasının daimi sədri təyin edib, "Report" şirkətə istinadən xəbər verir. O, dərhal vəzifələrinin icrasına başlayacaq.
Məlumata görə, Tayler bu ilin may ayında vəzifəsindən kənarlaşdırılan Albert Manifoldu əvəz edib.
Tayler 2025-ci ilin aprelində müstəqil direktor qismində BP-nin Direktorlar Şurasının tərkibinə daxil olub və bu il mayın 26-da müvəqqəti sədr təyin edilib.
Hazırda o, "Grafton Group plc" şirkətinin Direktorlar Şurasının sədri və "Anglo American plc" şirkətinin baş direktorudur. Tayler bundan əvvəl "Balfour Beatty" tikinti qrupuna rəhbərlik edib.
https://report.az/energetika/ian-tayler-bp-nin-direktorlar-surasinin-sedri-teyin-edilib