Yanvar-aprel aylarında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 29,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azdır.
Cari ildə ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 13,8 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çox olub.
https://www.azerbaijan-news.az/posts/detail/kulek-elektrik-stansiyalarinda-299-milyon-kilovatsaat-elektrik-enerjisi-istehsal-olunub-1621867572