Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “MAIRE Group”un baş icraçı direktoru Alessandro Bernini ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik şəkildə inkişaf etdiyi vurğulanıb, həmçinin SOCAR ilə MAIRE arasında uzun illər ərzində qurulmuş səmərəli tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.
Tərəflər neft emalı və neft-kimya sahəsində əməkdaşlığın mühüm layihələrindən olan “SOCAR Polymer” layihəsi və Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi çərçivəsində həyata keçirilən işlər barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, mövcud əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsi və birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub.
Rövşən Nəcəf əldə olunan nəticələrin və tərəflər arasında formalaşmış qarşılıqlı etimadın əməkdaşlığın növbəti mərhələsinin inkişafı üçün möhkəm əsas yaratdığını bildirib.
https://report.az/energetika/azerbaycan-ve-italiya-arasinda-enerji-sektorunda-elaqelerin-inkisafi-muzakire-olunub