XƏBƏRLƏR

Azərbaycan və Yunanıstan enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsini müzakirə edib

OKTYABR 01, 2026

Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, həmçinin enerji və nəqliyyat sahələrində bağlantıların genişləndirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Müzakirələr Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyasının VI iclası ərəfəsində komissiyanın həmsədri, Yunanıstanın xarici işlər nazirinin müavini Teoharis Teoharis ilə keçirilən görüş zamanı aparılıb.

Nazirin sözlərinə görə, görüşdə iki ölkə arasında biznes əlaqələrinin konkret layihələr vasitəsilə inkişaf etdirilməsi üçün atılacaq növbəti addımlar da nəzərdən keçirilib.

 

https://report.az/energetika/azerbaycan-yunanistanla-enerji-ve-neqliyyat-baglantilarinin-genislendirilmesini-muzakire-edib