Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində ilk dəfə “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN texnologiyası əsasında seysmik tədqiqat işlərini uğurla başa çatdırıb.
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istismar etdiyi yataqda aparılan tədqiqat ümumilikdə 247,6 kvadratkilometr ərazini əhatə edib. Əldə olunan yüksək dəqiqlikli seysmik məlumatlar geoloji layların, tektonik qırılmaların və kollektorların daha ətraflı təhlilinə imkan verəcək.
Toplanmış məlumatların yatağın geoloji modelinin təkmilləşdirilməsinə və gələcək qazma üçün hədəflərin daha dəqiq müəyyənləşdirilməsinə töhfə verəcəyi gözlənilir.
Layihə SOCAR-ın Xəzər dənizində müasir geofiziki texnologiyalardan istifadəsini genişləndirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, uzun müddətdir istismarda olan yataqların potensialının qabaqcıl texnologiyalar vasitəsilə daha dəqiq qiymətləndirilməsinə imkan yaradır.
https://report.az/energetika/socar-xezer-denizinde-ilk-defe-3d-obn-seysmik-tedqiqati-aparib