XƏBƏRLƏR

Azərbaycan və Aİ enerji təhlükəsizliyi və qaz təchizatının etibarlılığını müzakirə edib

OKTYABR 02, 2026

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji təhlükəsizliyinin təmin edilməsi, etibarlı qaz təchizatı, bərpa olunan enerji və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Brüsseldə Aİ-nin enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenlə Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclası keçirilib.

Görüş zamanı Azərbaycan və Aİ arasında strateji enerji tərəfdaşlığının bərpa olunan enerji və elektrik enerjisi bağlantılarının inkişafı hesabına daha da gücləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Pərviz Şahbazov Avropada elektrikləşmənin sürətlənməsi və “yaşıl enerji”yə tələbatın artması fonunda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Ortaq Maraqlar Layihələri (PMI) siyahısına daxil edilməsinin əhəmiyyətini vurğulayıb.

 

https://report.az/energetika/azerbaycan-ai-ile-enerji-tehlukesizliyi-ve-etibarli-qaz-techizatini-muzakire-edib