XƏBƏRLƏR

Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql olunan qazın həcmi açıqlanıb

OKTYABR 16, 2026

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri vasitəsilə 29 milyard 730,8 milyon kubmetr qaz nəql olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.

Ümumi nəql həcminin 56,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəmərinin payına düşüb. Hesabat dövründə bu kəmərlə 16 milyard 862,6 milyon kubmetr qaz ötürülüb.

Cənubi Qafqaz Boru Kəməri Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil olunan qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə nəqlini təmin edir.

Kəmər 2006-cı ilin sonunda istismara verilib və ilkin olaraq “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın nəqlinə başlayıb. 2018-ci ilin yayından etibarən isə yatağın ikinci mərhələsi üzrə hasil olunan qaz genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyəyə, daha sonra isə TANAP sisteminə ötürülür.

 

https://report.az/energetika/baki-tbilisi-erzurum-kemeri-ile-neql-edilen-qazin-hecmi-aciqlanib