Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” Layihəsi çərçivəsində BMT-nin Sənaye İnkişafı Təşkilatı Resurs Səmərəli və Daha Təmiz İstehsalın (RSDTİ) Azərbaycanda sənaye müəssisələrində tətbiqi üzrə tədbirlərə başlayır. Bu tədbirlər beynəlxalq ictimaiyyətin gündəliyində iqtisadiyyatın yaşıllaşdırılmasına dair mühüm qərarların səsləndirildiyi dövrə təsadüf edir. Bu tədbirlər həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Proritetlər” sənədi ilə təsbit edilmiş “təmiz ətraf mühit” və “yaşıl artım” prioriteti üzrə Azərbaycanın 2030-cu ilədək həyata keçirəcəyi planları ilə üst-üstə düşür. Bu mənada, Azərbaycanda davamlı inkişaf yoluna qədəm qoymuş rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılmasını və təmiz ekoloji mühitin formalaşdırılmasını hədəf olaraq görən, növbəti on il üçün müəyyən edilmiş beş milli prioritetdən üçü RSDTİ ilə birbaşa əlaqədardır.
2022-ci ilə qədər olan dövr ərzində davam etdiriləcək bu fəaliyyət çərçivəsində RSDTİ metodologiyasının Kiçik və Orta Müəssisələrdə (KOM) tətbiqi nümayiş etdiriləcək və RSDTİ və Dairəvi İqtisadiyyatın (Dİ) prinsip və təcrübələrinin istifadəsi daha da təşviq etdiriləcəkdir. Bundan əlavə, EU4Environment Layihəsinin 2-ci nəticəsi olan “Dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları” çərçivəsində aşağıdakı tədbirlər vasitəsilə müəssisələrin öz sistemlərində və fəaliyyətlərində RSDTİ yanaşmalarından istifadə edilməsi üzrə potensiallarını artırmaq yolu ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı Azərbaycanda RSDTİ metodologiyasının tətbiq sahəsini daha da genişləndirəcəkdir:
Bununla əlaqədar, daha geniş planda məhsuldarlığı artırmaqla resursların, o cümlədən enerji və su ehtiyatlarından istifadənin azaldılması, eləcə də işçilərin və əlaqədar icmaların rifahını artırılmasıməqsədini daşıyan EU4Environment Layihəsinin Azərbaycanda fəaliyyətinin başlanılması ilə əlaqədar ekspertlər və maraqlı olan sənaye müəssisələri RSDTİ üzrə pilot fəaliyyətlərə qoşulmağa dəvət edilir. Seçilmiş müəssisələr və mütəxəssislər RSDTİ metodologiyasından istifadə qaydaları və müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlərin hazırlanması barədə praktik və əyani təcrübə ilə təmin ediləcəkdir.
Birinci çağırış, Azərbaycanda RSDTİ üzrə pilot fəaliyyətlərə töhfə verəcək KOM-larda RSDTİ metodologiyasının tətbiqi mövzusunda təlim almaq istəyən ekspertlər və mütəxəssislər üçün nəzərdə tutulub.
İkinci çağırış isə Azərbaycanda RSDTİ Layihəsinin pilot müəssisələri kimi icrasında iştirak etməkdə maraqlı olan şirkətlər (emal sahəsində fəaliyyət göstərən KOM-lar) üçün nəzərdə tutulub.
Azərbaycanda RSDTİ fəaliyyətləri İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (Layihənin Milli tərəfdaşları ) rəhbərliyi altında, BMT-nin Sənaye İnkişafı Təşkilatının Milli İcraçı Tərəfdaşı- ACE Group Consultantsın aparacı olduğu şirkətlərdən ibarət konsorsiumu tərəfindan həyata keçiriləcəkdir.
Marağın ifadə edilməsi ilə bağlı hər iki çağırış barədə daha ətraflı məlumat almaq üçün RSDTİ fəaliyyətinin Azərbaycandakı Milli Koordinatoru cənab Yaşar Kərimova və/və ya EU4Environment layihəsinin Koordinatoru xanım Tatyana Çernyavskayaya yaza bilərsiniz.
Azərbaycandakı EU4Environment layihəsi haqqında daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.