XƏBƏRLƏR

Azərbaycanda Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ-ni) üzrə Pilot Şirkətlər marağın ifadə olunmasına dəvət edilir

İYUN 21, 2021

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment Layihəsi çərçivəsində RSDTİ fəaliyyəti üzrə Pilot Şirkətlər olmaq və RSDTİ metodologiyasının Azərbaycanda tətbiq edilməsində iştirak etmək istəyən Kiçik və Orta  istehsal Müəssisələri (KOM-lar) maraqlarını ifadə etməyə dəvət edilir. 
Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) metodologiyasının tətbiq sahəsini genişləndirmək məqsədilə ən azı 15 yerli (emal) KOM seçiləcək və onlara 2021-2022-ci illər ərzində müəssisələrini “yaşıllaşdırmaq” və istehsallarının səmərəliliyini artırmaq üçün dəstək göstəriləcəkdir. Seçilən şirkətlər üçün təkmilləşdirici tədbirlərin məqsədi enerji, xammal və materiallardan istifadə, suyun səmərəliliyi və tullantıların idarə olunması sahələrinə yönəldiləcəkdir. 
İştirak edən KOM-lar üçün gözlənilən faydalar aşağıdakılardan ibarət olacaqdır: 

Müəssisə daxili RSDTİ qiymətləndirmələri pilot şirkətlərdə resurslardan istifadəni optimallaşdırmaq üçün RSDTİ metodologiyasına əsaslanan sistemli təhlilə müvafiq şəkildə həyata keçiriləcəkdir. Buraya məlumatların təhlilinin və səmərəsizliyin qiymətləndirilməsinin aparılması, mövcud istehsal təcrübələrinin ətraf mühitə mənfi təsirini azaltmaq üçün görülən tədbirlərin texniki, iqtisadi və ekoloji qiymətləndirilməsinin aparılması və pilot müəssisələrin səmərəliliyini artırmaq üçün dəstəyin göstərilməsi daxildir. Buraya həmçinin şirkətlərin işçiləri üçün təlim fəaliyyətləri, qiymətləndirmə nəticələri və müəyyən edilmiş tədbirlər barədə texniki hesabatın təqdim edilməsi və pilot şirkətlərdə həyata keçirilən tədbirlərin monitorinqi daxildir. 

Beləliklə, Azərbaycanda seçilmiş Pilot Şirkətlərin RSDTİ-nin həyata keçirilmə fəaliyyətlərinin bütün mərhələlərindətöhfə verəcəkləri gözlənilir. Bu layihədə həmçinin RSDTİ üzrə təlim proqramı da nəzərdə tutulur.  TƏLƏBLƏR: 

RSDTİ metodologiyasının tətbiqində iştirak etmək istəyən şirkətlər aşağıdakı meyarlara və tələblərə cavab verməlidirlər: 

Bu fəaliyyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment proqramı çərçivəsində UNIDO-nun milli komandası tərəfindən həyata keçirilir. Komandanın heyəti, Milli Koordinatordan və UNIDO-nun Azərbaycanda RSDTİ üzrə Milli İcraçı Tərəfdaşı olan ACE Group Consultants tərəfindən rəhbərlik edilən konsorsiumundan ibarətdir. Milli heyət pilot şirkətlərinin müraciətlərinə baxaraq seçim, müsahibə və onlar ilə müqavilə bağlanması işlərini həyata keçirəcəkdir.

MÜRACİƏT QAYDALARI: müraciət etmək üçün zəhmət olmasa, əlavə edilmiş ərizə formasını və maraqların ifadə edilməsi məktubunu doldurun, imzalayın və VÖEN ilə birlikdə Nicat Babayevə göndərin: nijat@aceconsultants.az 
Tel: (+994 12) 488 68 32 
Tel/Fax: (+994 12) 488 67 91 
​Mobile (office): (+994 50) 407 22 76 

Müsahibəyə yalnız yekun siyahıya daxil edilmiş şirkətlər dəvət ediləcəkdir. 
MÜRACİƏTİN SON TARİXİ:  05 iyul, 2021-ci il 

RESURS SƏMƏRƏLİLİYİ VƏ TƏMİZL İSTEHSALIN NÜMAYİŞ ETDİRİLMƏSİ  ÜZRƏ ƏRİZƏ FORMASI VƏ MARAQLARIN İFADƏ EDİLMƏSİ HAQQINDA MƏKTUB 

1

Şirkətin Adı

 

2

VÖEN-i

 

3

Ünvanı (qiymətləndiriləcək istehsal sahəsi)

 

4

Sektor

 

5

Əlaqə şəxs / vəzifə

 

6

Veb-səhifə/email ünvanı/telefon nömrəsi

 

7

İşçilərinin sayı

 

8

Məhsulları

 

9

Bazarları (ölkədaxili və ya ixrac)

 

 

 

Şirkətimiz “(ŞİRKƏTİN ADI)” bununla EU4Environment layihəsi vasitəsilə RSDTİ metodologiyasının Azərbaycanda nümayiş etdirilməsində iştirak etməkdə marağı olduğunu təsdiqləyir. Bu səbəbdən, layihə heyəti ilə görüşmək və layihədə namizəd kimi iştirak etmək üçün ilkin təhlilin aparılmasına maraqlıyıq.
Tarix___________________
İmza və möhür: ___________________
Şirkətin nümayəndəsi: ___________________
Vəzifəsi
: ____________________________

www.eu4environment.orgFacebook   Twitter